Allahın adı ilə

4203 8221 4197 9538

Allahverdiyeva Turana

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Qüdrət və hikmət sahibi Allahın adı ilə

İmam Əli ibni Əbitalib (ələyhiməssəlam): Bir zaman gələr Qurandan rəsmindən (zahiri görünüşündən, xəttindən və yazısından) başqa bir şey qalmaz. (Nəhcül-bəlağə, Hikmətli sözlər: 369)

عن الامام علی بن ابیطالب علیهما السلام: یأتی عَلَی النّاسِ زَمانٌ لا یبقی فیهِمْ مِنَ الْقُرانِ الاّ رَسْمُهُ (نهج البلاغة – الحکمة ۳۶۹)

Dəyərli Azərbaycanlılar və Mübarək Ramazan ayında İlahi ziyafətin qonaqları! Salam.

Şükürlər olsun Rəbbimizin dərgahına bizə ömür verdi və bir daha Ramazan ayında oruc tutub – ibadət etmək nəsibimiz olmaqdadır. Hər birimizin bildiyi kimi Ramazan ayında ən yüksək dərəcəli ibadətlər sırasına Qurani Kərimi oxumaq və Xaliqin kəlamları barədə düşünmək daxildir. Hər iki önəmli cəhəti nəzərə alıb «Əl-Məhdi (əc)» İslam Maarif Mədrəsəsi bu mübarək aya məxsus proqramlar hazırlamışdır. Allahın lütfü və dəyərli ustadlarımızın səyi ilə Quran oxumağı öyrənmək istəyənlər üçün bir aylıq kurslar təşkil olunacaq. Rəvan oxunuş, hifz və təcvid dərsləri ilə yanaşı sevimli ustad, din və Quran xadimi cənab Höccətül-İslam Hacı Adil Əhmədovun Təfsir dərsi ümum izləyicələr üçün keçiriləcək.

Mübarək Ramazan ayında hər gün saat 13:30 (Bakı vaxtı ilə) internet vasitəsilə keçirələcək Təfsir dərsində azəri dilli hər kəs iştirak edə bilər.
Dərsdə kiçik surələrin təfsiri bəyan olunacaq.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 00 98 990 237 07 37   

2018-ci il may ayının 17-si Mübarək Ramazan ayının ilk günü olmaq ehtimalı çox yüksəkdir. Tövsiyə edirik oruc tutmaq istəyən həmvətənlərimiz mayın 17-sindən etibarən oruclarına başlasınlar.

Qurani Kərimin baharı, mübarək Ramazan ayının gəlişi münasibətilə iman əhlini təbrik edir, oruc və namazların qəbul olunmasını Uca Yaradandan diləyirik.

Hötmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri – 12 May 2018

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri