Allahın adı ilə

4203 8221 4197 9538

Allahverdiyeva Turana

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Ulu Xaliq, mehriban Allahın adı ilə

Beşinci imamımız Həzrət Muhəmməd Baqir ələyhissəlamdan nəql olunub ki, o Həzrət buyurdu:

و عن أبي جعفر أيضا قال: المهدي منا منصور بالرعب ... و صاح صايح من السماء بأن الحق معه و مع أتباعه فعند ذلك خروج قائمنا، فإذا خرج أسند ظهره إلي الكعبة و اجتمع إليه ثلاث مائة و ثلاثة عشر رجلا من أتباعه، فأول ما ينطق هذه الآية: بقية الله خير لكم إن كنتم مؤمنين ثم يقول: أنا بقيّة الله و خليفته و حجتّه عليكم، فلا يسلّم مسلم عليه إلا قال: السلام عليك يا بقية الله في الأرض ... (الفصول المهمة في معرفة الأئمة - ابن الصباغ مالكي - ج 2 ص 1133)

«Məhdi, bizdəndir (Əhli-Beytdəndir)... Asimandan carçı səslənər ki, haqq Onunladır və Onun ardıcılları ilə. O zaman bizim Qaimimiz qiyam edər. Qeybətdən xaric olanda Kəbəyə söykənər. Onun ətrafına ardıcıllarından üç yüz on üç (313) nəfər toplaşar. Birinci dediyi söz bu ayə olar:  “Əgər mö’minsinizsə, Allahın saxladığı sizin üçün daha xeyirlidir...”
Sonra O, deyər: “Mənəm Allahın saxladığı, Onun xəlifəsi və sizə olan höccəti.»
Bundan sonra hər kəs ona salam verəndə deyər: “Salam olsun sənə ey Bəqiyyətullah”...” (Əl-fusul, 2-ci cild, səh.: 1133)

Sonuncu imamımızın mübarək adı ilə bəzədilmiş “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin bütün xadimləri başımızın tacı, ürəyimizin sevinci, gözümüzün nuru Həzrət İmam Məhdi ələyhissəlamın mövludu münasibətilə bütün Adəm (ə) övladını, xüsusilə rəhbərimiz, müctəhidlərimiz və İslam ümmətini səmimi qəlbdən təbrik edirik. Mövlanın zühurunu görmək, Həzrətin kənarında olmaq və haqqa xidmət etmək istəyən hər bir kəsə arzularına qovuşmağı İlahidən diləyirik.
Bizim də istəyimiz budur, “hər zaman Sahib zaman sayəsində və Ona layiqli əskər və xadim olaq!”

15 ŞABAN - MÖVLUD BAYRAMINIZ MÜBARƏK, DƏYƏRLİ AZƏRBAYCAN XALQI!
Sevinciniz hədsiz, ruziniz bol, ömrünüz bərəkətli, hər zaman üzünüz gülər olsun!

* Bu il (2018) İmam Zaman (əc) ağanın mövludu Şaban ayının 15-i may ayının 2-nə təsadüf edir.

Hörmətlə: “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin xadimləri
30.04.2018 – Müqəddəs Qum şəhəri

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri