Allahın adı ilə

4203 8221 4197 9538

Allahverdiyeva Turana

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Yerlərin və göylərin sahibi, qüdrətli və hikmətli Allahın adı ilə
Ey Peyğəmbər! De: Həqiqətən Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər və ya azaldar.
Allah yolunda verilən ruzidən xərclərsiniz, Allah özü əvəzini verər. O, rizq və ruzi verənlərin ən yaxşısıdır.
(Səba - 39)

Dəyərli möminlər və əziz himayəçilərimiz, salam.

Allahın mərhəməti sayəsində və siz xeyriyyəçi bacı və qardaşlarımızın köməyi ilə “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzi dini maarifləndirmə sahəsində bir təhsil ili də fəaliyyətini davam etdirdi. Diqqətinizə çatdırmaq istəyirik ki, ixtiyarımızda qoyduğunuz vəsaitlər aşağıdakı mövzularda xərclənmişdir:

1.    Dini kitabların tərcümə və redaktəsi
2.    Dərslərin keçirilməsi üçün internet ödəmələri
3.    Texnika və cihazların alınması və təmiri
4.    Ehtiyaclı tələbələrə yardım
5.    Qeyri azərbaycanlı müəllimlərə maaş

Hamımızın bilməsi önəmlidir ki, mərkəzdə tədris edən Azərbaycanlı müəllimlər və təhsil sahəsində ilboyu xidmət edən inzibatçı bacı və qardaşlarımız bu günə qədər sırf Allaha xatir və təmənnasız çalışmışlar. Əslində yüksək hörmətə layiq olan bu insanlar “mənəvi xeyriyyəçilik”lə məşğuldurlar.

Əziz Əhli-Beyt (ə) yolunun davamçıları, maarif ocağı olan “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin təməli ilk gündən xeyirxahlıq və ixlas üzərində qurulub və belə də davam etməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Allaha şükür edirik ki, “Əl-Məhdi (əc)” sizə məxsusdur və Azərbaycan xalqının xidmətindədir. Xadiminiz olaraq bütün mərkəzdə tədris edən ustadlar və təhsil alan tələbələrin tərəfindən öz rifahı və qazancından kəsib mütəmadi olaraq maddi yardımları ilə “Əl-Məhdi (əc)”-yə kömək edən xeyriyyəçilərə dərin təşəkkürümüzü bildiririk. Əminik ki, siz bizdən təşəkkür gözləməmisiniz və etdiyiniz ehsanlar yalnız Allah rizası üçün olub. Allah sizdən razı olsun.

Möminlərin əmiri Mövla Əli ibni Əbitalibin (ə) mövludu - 13 Rəcəb - münasibətilə hər birinizi təbrik edir, hər bir xeyriyyəçi qardaş və bacımızın İmam Zaman (əc) ağanın xüsusi duasına şamil olmağı Allahdan diləyirik.

Allaha kömək edənlər, ALLAH KÖMƏYİNİZ OLSUN!

Hörmət və sevgi ilə:
“Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri – 29.03.2018

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri