Allahın adı ilə

4203 8221 4197 9538

Allahverdiyeva Turana

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allahın adı ilə.
ŞƏHİDLƏR, BİZİM MƏNƏVİYYATIMIZ və FƏXRİMİZDİRLƏR.
Allah yolunda öldürülənləri “ölü” hesab etməyin, əslində Onlar diridirlər. Tanrıları dərgahında Onlara ruzi verilir. (Ali İmran-169)

وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّـهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ (آل عمران 169)

Azərbaycanımız, müstəqilliyimiz və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidləri anmaq, yollarını davam etmək və hədəflərini yaşatmaq hər bir vətən övladının müqəddəs borcudur. «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsinin xadimləri, şəhidlik məqamını zirvəyə ucaltmış müqəddəs İslam dininin daşıyıcıları və bir Azərbaycan övladı kimi, doğma Qarabağımız və əvəzsiz sərvətimiz olan müstəqilliyimiz yolunda şəhid olmuş insanlar qarşısında özünü mənəvi borclu sayıb və saymaqdadır.
Əmin-aman həyatımız üçün bu gün canlarını fəda etmiş cəsur insanların, aramızda əmanət qalan oğul və qızlarının işıqlı sabahı haqda düşünmək hər birimizin milli vəzifəsidir. Heç bir xidmətlə şəhidlərin bir damla qanının belə dəyərini ödəyə bilməyəcəyimizi bildiyimiz halda, insani və milli borcumuzu yerinə yetirmək məqsədilə öz sahəmizdə şəhid ailələrinə kömək etməyi nəzərdə tutmuşuq.


ŞƏHİD ÖVLADLARI, BACI və QARDAŞLARINA TƏHSİLDƏ YARDIM LAYİHƏSİ

Plana əsasən, məktəbli və ya universitetə daxil olmaq istəyən şəhid övladları, qardaş və bacılarına müəllim ayırmaqla dərslərini öyrənməkdə internet vasitəsilə kömək ediləcək.
Layihəyə 2 müəllimin könüllü əməkdaşlığı ilə start verilir. (İnşaAllah). 25 Sentyabr 2018-ci il tarixində isə məşğələlər başlayacaq.
Layihənin sınaq mərhələsində 15 nəfərin qəbul edilməsini planlaşdırmışıq. Şəhid ailələri tərəfindən layihəmizə tələbat yaranarsa və xidmətimiz şəhid övladları üçün faydalı olarsa gələcəkdə mərkəz müəllimlərin sayını artıra bilər.
Digər dillər və ya elmi sahələrdə təmənnasız şəhid övladlarına kömək etmək istəyən müəllim və müəllimələr layihənin rəhbəri Turan xanım Məmmədli ilə göstərilən vasitələrlə əlaqə saxlaya bilərlər.

  + 994 51 589 81 82 

TƏHSİLDƏ YARDIM LAYİHƏSİNDƏ İŞTİRAK ETMƏK VƏ BƏHRƏLƏNMƏK İSTƏYƏN HÖRMƏTLİ ŞƏHİD ÖVLADLARI, BACI VƏ QARDAŞLARI PULSUZ MƏŞĞƏLƏLƏRDƏ İŞTİRAK ETMƏK ÜÇÜN QEYDİYYATDAN KEÇMƏLİDİRLƏR.


"Şəhid övladları, qardaş və bacılarına məxsus"

MƏŞĞƏLƏLƏRƏ QƏBUL ÜÇÜN MÜRACİƏT ANKETİ

Müvəffəqiyyətimiz üçün şəhidlərin şəfaəti, gözü yaşlı bacılar və ürəyidağlı anaların dualarına ümid bəsləyirik.


M Ü Ə L L İ M L Ə R İ M İ Z

30 avqust 2018 – İslam dünyasında böyük bayramlardan olan "Qədir Xum bayramı" münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, bütün ailələrə bol ruzi və əmin-amanlıq arzulayırıq.

Hörmətlə: «Əl-Məhdi (əc)» İMM müdiriyyəti [25.08.2018]

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri