Allahın adı ilə

5315 9921 4397 2724

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

بسم الله العلیم الغفار

عن أبي ذر قال: قال رسول الله (ص): يا أباذرّ الجلوس ساعةً عند مذاكرة العلم أحبّ إلى الله من قيام ألف ليلة يصلي في كلّ ليلة ألف ركعة، و الجلوس ساعةً عند مذاكرة العلم أحبّ إلى الله من ألف غزوة وقراءة القرآن كلّه. قال: يا رسول الله مذاكرة العلم خير من قراءة القرآن كلّه؟ فقال رسول الله (ص): يا أباذرّ الجلوس ساعة عند مذاكرة العلم أحبُّ إلى الله من قراءة القرآن كله إثنا عشر ألف مرّة! عليكم بمذاكرة العلم، فإن بالعلم تعرفون الحلال من الحرام.

بحارالانوار، علامه مجلسی، ج۱، ص۲۰۳

“Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin xadimləri adından bütün elmsevərləri salamlayır, İmam Hüseyn (ə), övladları və əshabının şəhadətini bütün müsəlman xalqlara, xüsusilə Mövla İmam Zaman (əc) həzrətlərinə başsağlığı veririk.
“Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzi “elm və mədəni mərkəz” olaraq elmi seminar, diskussiya və müzakirələrin keçirilməsi və elmi mühitin inkişafı üçün zəmin yaratmağı qarşısına məqsəd qoymuşdur.

Bu istiqamətdə keçən təhsil ili ustad və tələbələrin iştirakı ilə bir neçə elmi müzakirələrin keçirilməsinə nail olduq. Allahın lütfü və elmsevərlərin iştirakı ilə bu il (2018-2019) də oxşar proqramların ilboyu həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Mərkəz, bütün tələbə və tədqiqatçıları bu ilin ilk mövzusu şəhidlər ağası Həzrət İmam Hüseyn (ə) ağanın ziyarəti və ziyarətinin fəziləti və mahiyyətinə həsr edilmiş “ƏRBƏİN YÜRÜŞÜ – AĞIL VƏ DİN GÖRÜŞÜNDƏ” adlı seminarda iştirak etməyə dəvət edir.

Elmi seminarda bütün iştirakçılar təyin olunmuş mövzuya aid nəzəriyyə, fərziyyə və düşüncələrini iştirakçılarla bölüşə bilər və irəli sürülən fikirlərə elmi iradlarını bildirə bilərlər.
Ümid edirik, elmi hazırlıqlı alimlərin hüzurunda baş tutacaq elmi mübahisələr məhsuldar olacaq və mərkəz kiçik də olsa elm dünyasına öz töhvəsini verə biləcəkdir.
Allahdan bütün elm və qələm əhlinə nurlu düşüncə və kamil iman diləyrik.

  • Seminarın mühazirəçisi: 

HÖCCƏTÜL-İSLAM HACI ADİL ƏHMƏDOV

  • Seminarın icraçı rəhbəri: 

YAQUB YAQUBLU

  • Seminarın elmi rəhbəri: 

Dr. VAQİF QULİYEV

  • Tarix:  

11 oktyabr 2018 (Cümə axşamı) – saat 15:00-dan 17:00-a qədər

  • Məkan:

Müqəddəs Qum şəhəri, Şəhid Müntəziri xiyabanı, küçə 18, ev 22.


Hörmətlə: “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri – 07.10.2018

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri