Allahın adı ilə

5315 9921 4397 2724

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Peyğəmbərlər silsiləsinin sonuncu incisi Həzrət Muhəmməd Rəsuləllah (Allahın salamı Ona və pak ailəsinə olsun) sonuncu səmavi din olaraq "İSLAM"ı gətirərək bəşəriyyətə nicat yolunu göstərmişdir.

Bismillahir-Rəhmanir-Rəhim

EKSPERTLƏ TANIŞLIQ:
Naidə Aydın qızı Hacıyeva, 1989-cu ildə Gürcüstan Respublikası, Marneuli şəhərində dünyaya göz açmışdır. 2006-cı ildə şəhər orta məktəbini bitirən Naidə xanım, həmin ildə paytaxt Tiflisdə "Əz-Zəhra (əs)" adlı dini elm mərkəzində təhsilini davam etmişdir. Naidə xanım 2009-cu ildə təhsilini yüksək səviyyədə və daha peşəkar dərəcədə davam etdirmək üçün İran İslam Respublikası - Müqəddəs Qum şəhərinə yollanır. 2018-ci ildə Beynəlxalq "Əl-Mustafa (s)" Universitetinin nəzdində fəaliyyət göstərən xanımlara məxsus "Bintul-Huda" ali təhsil mərkəzinin "Fəlsəfə və Kəlam" fakultəsi üzrə magistr dərəcəsinə uğurla nail olmuşdur. Hal hazırda "Əl-Məhdi (əc)" İslam Maarif Mərkəz və Mədrəsəsi ilə yanaşı "Əl-Mustafa (s)" Universitetinin şöbəsində ixtisası üzrə tədris edir. Ailəlidir.


MÜŞAVİRƏ OTAĞI HAQDA
Bütün ilahi dinlər, insanları zülmətdən nura çıxarmaq, cahillikdən nicat vermək, əbədi səadətə qovuşdurmaq üçün gəlmiş və peyğəmbərlər bu yolda çoxlu zəhmətlərə qatlaşmışlar. Peyğəmbərlər silsiləsinin sonuncu incisi Həzrət Muhəmməd Rəsuləllah (Allahın salamı Ona və pak ailəsinə olsun) sonuncu səmavi din olaraq "İSLAM"ı gətirərək bəşəriyyətə nicat yolunu göstərmişdir. Bu dinin özəllik və gözəlliklərini insanlara çatdırmaq misiyası Rəsuləllahdan sonra onun Allah tərəfindən təyin olunmuş haqq naibləri, yəni pak və məsum imamların üzərinə düşmüşdür. Sonuncu ilahi höccət Həzrət Məhdinin (əc) qeybət əsrində isə din alimləri daha məsuliyyətlə Qurani Kərim və Peyğəmbər (s) sünnəsinə uyğun İslam dininin incəliklərini ümmətlərə çatdırmaq üçün bütün imkanlardan istifadə etmişlər. Dövrümüzdə də, öz dinini öyrənmək və onu digərlərinə də öyrətməyi alimlər özləri üçün ilahi borc və insanlıq vəzifəsi hesab edirlər.

Məhz bu məqsədlə təsis olunmuş «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏRKƏZİnin tərkibində müsəlman bacı və qardaşlara maarifləndirmə sahəsində xidmət göstərmək üçün "Müşavirə otağı" fəaliyyətə başlamışdır. Ümid edirik, "Müşavirə otağı"na müraciət edən hər bir şəxs fərdi məsələlər üzrə gözəl məsləhətlər ala biləcək və dinimizə aid suallarına ən etibarlı qaynaqlardan cavab əldə edəcəklər.

Qeyd etmək lazımdır ki, "Müşavirə otağı"nda yazılan, göndərilən və səslənən hər bir suala sizin xadimləriniz tərəfindən tam diqqət və ciddiyyətlə yanaşılır. Müxtəlif sahələrdə mütəxəssislərin vasitəsilə bazamızda olan və tədarük görülmüş minlərlə sualın cavabına əsasən bütün müraciət edənlərə xidmət göstərilir. Yeni mövzular və yaxud ekspertlərimizin cavablandıra bilmədiyi suallar, müctəhidlərin Müqəddəs Qum şəhərində yerləşən dəftərxanalarına yönlənir və əldə olunan cavablar ən qısa zamanda qarşı tərəfə təqdim olunur. Bu səbəbdən öncədən üzr istəyib elan edirik ki, istiqamətlənmiş suallar mümkündür birbaşa və fasiləsiz cavablandırılmasın. Daxil olmuş sual hər zaman yetərli və qaneedici cavabını taparsa sual edən şəxsə ünvanlanacaq və bu proses bəzi hallarda 1, 2 və ya 3 gün zaman apara bilər.


+ 995555638874

«Əl-Məhdi (əc)» İMM-nin "Müşavirə otağı" cümə günü istisna olmaqla həftənin bütün günlərində Bakı vaxti ilə saat 14:30-dan 18:30-dək işləyir.


Hər kəsə fərdi həyatında uğur diləyir və dualarda bu mərkəzdə xidmət edən qardaş və bacıları unutmamağı rica edirik!

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri