Allahın adı ilə

5315 9921 4397 2724

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

Allah rəsulu Həzrət Muhəmməd (s) buyurmuşdur: Quran, Allahın bərəkətli süfrəsidir. Onu öyrənin və bacardığınız qədər bu yolda çalışın... Əziz möminlər, biz də bu il mübarək Ramazan ayında Quran oxumağı öyrənməkdə sizə kömək etməyə çalışacağıq.

Mərhəmətli Allahın adı ilə

قال علی بن موسی الرضاء (ع): مَن قَرَاَ فى شَهرِ رَمضانَ آیَة مِن کِتابِ اللهِ کانَ کَمَن خَتَمَ القُرآنَ فِى غَیرِه مِن الشُهُورِ. (بحار الانوار - ج 93، ص 341)

İmam Riza ələyhissəlam buyurub: (Mübarək) Ramazan ayında Allahın kitabından bir ayə oxuyan şəxs, digər aylarda Quranı xətm edən (əvvəldən axıra qədər oxuyan) şəxs kimidir. (Biharul-ənvar, cild: 93, səh. 341)

Dəyərli möminlər, salam.

“Əl-Məhdi (əc)” İslam Maarif Mərkəz və Mədrəsəsi, 2018-ci il Mübarək Ramazan ayında gözəl dinimizin mənbəyi və səadət nüsxəsi olan Qurani Kərimin nuru ilə bütün evləri işıqlandırmaq arzusu ilə “QURAN OXUYAQ” layihəsinin icrasını nəzərdə tutmuşdur.

LAYİHƏ HAQDA

QURAN OXUYAQ” layihəsində qeydiyyatdan keçmiş hər bir kəs iştirak edə bilər. Müdiriyyət tərəfindən müəllimlər, siniflər və dərs saatlarını müəyyənləşdirmək üçün Quran oxumağı öyrənmək istəyən əzizlərimiz mütləq qeydiyyatdan keçməlidirlər. Çalışacağıq imkan daxilində hər kəsə bir ay sürəcək layihə çərçivəsində internet vasitəsilə Qurani Kərimi üzündən oxumağı öyrədək. Təbii ki, bizim təlimdə müvəffəqiyyətimiz, sizin təhsildə ciddiyyətiniz və çalışqanlığınızdan çox asılı olacaqdır.

Layihədə nəzərdə tutulub:

Birinci mərhələdə
1.    Ərəb əlifbasının təlimi
2.    Quran kəlmələrinin təlimi
3.    Kiçik surələrin qiraəti

İkinci mərhələdə
1.    Təcvid təlimi
2.    Kiçik surələrin tərcüməsi
3.    Kiçik surələrin təfsiri ilə tanışlıq

Qeyd:
-    Qurani Kərimi üzündən oxuya bilməyən qardaş və bacılar – ikinci mərhələnin dərslərində iştirak edə bilməzlər.
-    Qadınlar üçün xanım müəllimə və bəylər üçün kişi müəllim tədris edəcəkdir.
-    Müəllimlərimizin sayı az olduğuna görə kursda iştirak üçün yerlər məhduddur.
-   Qeydiyyat sistemi avtomatik olaraq sonda qeydiyyata düşən hər kəsə izləmə kodu verir. Lütfən izləmə kodunuzu teleqram vasitəsilə mərkəzin rəsmi əlaqə nömrəsinə - 00 98 990 237 07 37-yə göndərin.

Qeydiyyat başlayır:  1 aprel 2018
Qeydiyyat bitir:      15 aprel 2018

Öncədən layihəyə müəllim və şagird qismində qatılan bütün Quran sevərlərə təşəkkür edirik. Allah ömrümüzü Quran öyrədib və öyrənməkdə keçirməyi bizə nəsib etsin. Amin!

Hörmətlə:
“Əl-Məhdi (əc)” İslam Maarif Mədrəsəsinin müdiriyyəti
Müqəddəs Qum şəhəri – 29.03.2018

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri