Allahın adı ilə

5315 9921 4504 1346
11/24

Mahmudova Kahnaz

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

MilliOn aparatları vasitəsilə ehsan etmək istəyən möminlər bank olaraq "Bank of Baku"-nu seçib karta köçürmə hissəsinə daxil olaraq ilk boş xanaya 958853, ikinci xanaya isə 08021991 rəqəmlərini yazmalıdırlar.

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi oxucuların istifadəsi üçün bağlı və ya etibar etdiyi faydalı kanallar və saytları "FAYDALI KANALLAR" rubrikasında təqdim edir. Diqqətinizə çatdırırıq ki, mərkəz özünə aid kanal və ya saytlarda dərc olunmuş materiallar barədə məsuliyyəti qəbul edir və dost kanal və ya saytlarda dərc olmuş materiallara görə cavabdehlik daşımırıq.

Allahın adı ilə.

HƏDİS ELMLƏRİ

Allah Taalanın Qurani Kərim xaricində kəlamları, Həzrət Muhəmməd (s) və Onun nəslindən olan məsum imamların sözləri və əməlləri «hədis» formasında İslamda Müqəddəs Kitabdan sonra şəriətin ən yüksək qaynağına çevrilmişdir. Hədis, Qurani Kərimi təfsir və təhlil edir, şəriətin İlahi vəhydə birbaşa əksini tapmayan məsələlərini müsəlmanlara açıqlayır. Eyni zamanda Qurani Kərimdən fərqli olaraq «hədis» İlahi qüvvə və vədlə qorunmur.

Bu həqiqət «hədis»in qərəzli və ya səhvən təhrifə uğramasına, azalıb - çoxalmasına təbii şərait yaratmışdır.
Alimlər, İslamı insanlara düzgün çatdırmaq və Adəm övladının dinə olan ehtiyacını ödəmək üçün Quran ayələrindən başqa Peyğəmbər (s) və Əhli-Beyt(ə)dən sonra sinədən sinəyə, ağızdan ağıza ötürülmüş və o həzrətlərin kəlamı kimi kitablarda yer almış «hədis»ləri oxumaq, öyrənmək və təhlil etmək məcburiyyəti ilə üzləşmişdilər.

Müctəhidlərin hədisdən istifadə və istinbat etmək məcburiyyəti «hədis»in özünün nə olduğunu, hansı yollarla əlimizə çatdığını, hansı elmi yükə malik olub, nə dərəcədə etibarlı olmasını araşdıracaq üslublar və elmlərin ərsəyə gəlməsinə səbəb oldu.

Beləliklə, illər öncə elm aləmində «hədis elmləri» adlı məfhum meydana gəldi və günümüzə qədər təkamül tapmaqdadır.

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsinin əziz tələbələri diqqətinizə çatdırırıq ki, fəxrimiz, dəyərli hədisşünas alim Mirməhəmməd Bəşir çox zəhmət çəkmiş Shia.az saytına məxsus SonÜmid.tv İnternet kanalında (əlavə link: ehlibeyt.info) Hədis elmləri layihəsi çərçivəsində hədis elmlərinin tədrisinə başlamışdır.

Lütfən illər boyu gözlədiyimiz bu gözəl fürsəti qənimət bilib ustadın elmindən bəhrələnin. 
Dərslər, hazırlandıqca Youtube-da yerləşdirilir. Məlumat üçün bildiririk ki, bütün dərsləri dinləyən tələbələrdən elmlərinin təsdiqi üçün mərkəzin təhsil sisteminə uyğun ustadımızın nəzarətilə imtahan götürüləcək. Tələbələrin istəyi ilə ustad Mirməhəmməd Bəşirlə qaranlıq elmi məqamlara aydınlıq gətirmək və suallarınıza birbaşa ustaddan cavab almaq məqsədilə video-görüş təşkil olunacaq.

Qeyd edək ki, Cənab Höccətül-İslam Mirməhəmməd Bəşirov Beynəlxalq “Əl-Mustafa (s)” Universitetinin məzunu, eləcə də «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəz və Mədrəsəsinin müəllim heyətinin üzvü, "Hədis elmləri" üzrə doktoranturasını müdafiə etmək üzrədir..

  

Əziz saytımızın izləyiciləri, Mirməhəmməd müəllimə məxsus Telegram kanalına üzv olub, elmi materiallarından bəhrələnə bilərsiniz. Linkin üzərində klik edin. https://t.me/mirmehemmed_beshir

Hörmətlə: «Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzinin müdiriyyəti
Müqəddəs Qum şəhəri – 12.04.2020

loading...
ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: info@almahdi.az
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri