Allahın adı ilə

4203 8221 4197 9538

Allahverdiyeva Turana

İslam dininə xidmət və fəaliyyətimizə dəstək olmaq istəyənlərin diqqətinə!

Вниманию желающих помочь и оказать услугу на пути Ислама!

«Əl-Məhdi (əc)» İslam Maarif Mərkəzi oxucuların istifadəsi üçün bağlı və ya etibar etdiyi faydalı kanallar və saytları "FAYDALI KANALLAR" rubrikasında təqdim edir. Diqqətinizə çatdırırıq ki, mərkəz özünə aid kanal və ya saytlarda dərc olunmuş materiallar barədə məsuliyyəti qəbul edir və dost kanal və ya saytlarda dərc olmuş materiallara görə cavabdehlik daşımırıq.

Şəfa verən hikmətli Allahın adı ilə.
"Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal  olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o, (Şeytan) sizin açıq-aşkar düşməninizdir. [Bəqəqrə-168]

Müasir dövrümüzdə bəşəriyyət, ən amansız xəstəliklərlə üz-üzə qalır və sağalmaz dərdlərə mübtəla olur. Əksər hallarda, bəşəriyyətin məhvinə çalışan  qüvvələr tərəfindən məqsədyönlü  şəkildə yaradılan və yayılan bu xəstəliklər əleyhinə (?), eyni qüvvələr tərəfindən biznes məqsədi ilə "dərmanlar" hazırlanır. Dərman adı altında baha qiymətə satılan, olduqca zərərli olan bu kimyəvi həblər və ya müalicə üsulları, əksər hallarda ya xəstəni sağaltmır, ya da insan orqanizmində digər ağır fəsadlara gətirib çıxarır.

Mümkün deyil ki, insanla birgə onun bütün ehtiyaclarını ödəyəcək vasitələri yaradan hikmətli Allah, onun zamanla mübtəla olacağı maddi və mənəvi xəstəliklər üçün dərman yaratmasın və onu, öz ilahi nümayəndələrinin vasitəsi ilə  bəşəriyyətə tanıtdırmasın. Sadəcə olaraq, biz müsəlmanların əsrlərlə İslam həqiqətlərini və həqiqi Əhli-beyt (ə) maarifini düzgün mənimsəyə bilməməyimiz üzündən, Peyğəmbər (s) və məsum İmamlardan (ə) bizə irs qalan İlahi təbabətdən də binəsib olmuşuq.

Biz sizə, ilahi nümayəmdələr olan məsumların (ə) bizə irs qoyduğu, həyatımızın ailə, məişət, sağlamlıq və s. sahələrini əhatə edəcək, ən təbii  və effektiv təsirə malik olan "İSLAM TƏBABƏTİ"ni təklif edirik.

Fəaliyyətdə olan "İslam tibbi" kanalının hədəfi, insanların mübtəla olduğu çoxsaylı xəstəliklərin mümkün qədər təbii və kökündən müalicəsi, xəstələri kimyəvi dərmanların fəsadlarından sığortalamaq və bəşəriyyəti, çox vaxtlar biznesə çevrilmiş zərərli müalicələr üsullarından xilası istiqamətində özünəməxsus addım atmaqdır.

Əhli-beyt(ə)in tövsiyə etdikləri dərmanlarla müalicə metodlarını oxucularla bölüşmək, sağlam yaşamaq yolları və xəstəliklərə qələbə gəlmək üsullarını öyrətmək məqsədilə təsis edimiş "İslam Tibbi" teleqram kanalını, müqəddəs Məşhəd şəhərinin dini-elmi mərkəzində, eyni zamanda islam təbabəti üzrə təhsil alan elm və təqvasına etibar etdiyimiz hörmətli din xadimi, qardaşımız Zahidov Elmir idarə edir.

Sizləri bu ilahi elmdən təmənnasız faydalanmağa və bu mövzuda suallarınıza cavab tapmaq üçün bu kanala dəvət edirik.

♦️«Xəstələndikdə mənə şəfa verən də Odur». [Şüəra-80]

Kanala giriş üçün klik edin.


Hörmət və qayğı ilə:

«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏRKƏZİnin müdiriyyəti

Müqəddəs Qum şəhəri

ƏLAQƏ NÖMRƏSİ: + 98 990 237 07 37
Məktub yazın: contact@almahdi.ru
ÜNVANIMIZ: Müqəddəs QUM şəhəri